Azərbaycanlı futbolçunu qışda almaqdan imtina etdilər, amma…

23 Noyabr 2020 17:20 Sumqayıt 1 147
Azərbaycanlı futbolçunu qışda almaqdan imtina etdilər, amma…

"Fatih Karagümrük" Rüfət Abdullazadəni qışda tranfser etməkdən vaz keçib.

Türkiyə klubu bir həftə baxışdan keçirdiyi yarımmüdafiəçi barədə yekun qərarınıı gələn ilin yayınadək təxirə salıb.

Super Liqanın debütntı 2001-ci il təvəllüdlü futbolçunu həmin vaxtadək diqqət mərkəzində saxlayacaq və lazım bilirsə, onu növbəti dəfə düşərgəsinə çağıracaq.

"Fatih Karagümrük"ün prezidenti Süleyman Hurma onun müəyyən potensial daşıdığını, bununla belə, taktiki və fiziki cəhətdən yetərsiz olduğunu menecerlər vasitəsilə "Sumqayıt" rəsmilərinin nəzərinə çatdırıb.

Uzun illər agent olaraq fəaliyyət göstərmiş Hurma gənclər yığmamızının üzvünə görə başqa bir təklif də irəli sürüb. O, Rüfətlə uzunmüddətli müqavilə imzalayıb, ilk vaxtlar başqa bir komandaya icarəyə veriliməsini məqbul sayıb.

"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin fikri daha konkretdir – Rüfətin legioner həyatı yaşamasına mümkün qədər tez nail olmaq. Bu işlə ona bağlı "3-RRR" şirkəti məşğuldur.

O, Abdullazadənin məsələsinə AFFA-nın da diqqətini çəkə bilib. Belə ki, 19 yaşlı orta sahə oyunçusu ölkə xaricinə çıxsa, onun məsrəfini federasiya qarşılayacaq.

Bu, Rəfiyevin ikinci belə cəhdidir. Klub prezidenti Rüfəti təxminən ilyarım öncə "Spartak"a yoxlanışa göndərsə də, o, əvəzedici komandanın məşqçiləri tərəfindən bəyənilməmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"