"Sumqayıt"ın prezidenti səhvini necə düzəltdi?

20 Noyabr 2020 11:40 Sumqayıt 743
"Sumqayıt"ın prezidenti səhvini necə düzəltdi?

«Sumqayıt» növbəti problemdən yaxasını qurtarıb.

Klub rəhbərliyi əvəzedici komandanı əhatə edən qalmaqalın böyüməsinə imkan verməyib.

I Divizionda yarışan kollektiv maddi-texniki təhcizatı həllini tapmağa başlayıb. Artıq futbolçular yeni formalarla və digər geyim dəstləri ilə təmin olunub.

«Sumqayıt»lılar yeni mövsümə köhnə pal-paltarla start vermişdi. Hətta oyunçular meydançaya çıxmağa forma tapmırdı.

Rəhbərlik I Divizionda mübarizəyə start veriləcəyinə şübhə ilə yanaşdığından, əvəzedici komandanı diqqətdən kənarda qoymuşdu.

Çempionat başlayandan sonra da bu çatışmazlıqlar aradan qaldırılmamışdı. Və gözlənildiyi kimi, bu, ciddi söz-söhbətə, narazılığa gətirib çıxarmışdı.

Son anda problemin öhdəsindən Rəşad Məmmədov gəldi. Mətbuat katibi və akademiyanın baş koordinatorunun müavini postunu tutan R.Məmmədovun təkidi ilə klub prezidenti Riad Rəfiyev səhvini düzəltdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti