"Sumqayıt"ı "qapazaltı" olmaqdan qurtaran adam - FOTO

19 Noyabr 2020 15:00 Sumqayıt 706
"Sumqayıt"ı "qapazaltı" olmaqdan qurtaran adam - FOTO

Ayxan Abbasovun "Sumqayıt"ın baş məşqçisi təyin olunmasından 2 il ötür.

"Gənclik şəhəri" təmsilçisi 2018-19 mövsümünün 12-ci turundan etibarən, sükan arxasına keçən mütəxəssisin rəhbərliyi ilə Premyer Liqada 46 oyun keçirib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı çalışdırıcının komandanı meydana çıxardığı oyunlarda 15 qələbə, 11 heç-heçə və 20 məğlubiyyət qeydə alınıb.

"Kimyaçılar" hazırda davam edən 2020/2021 mövsümündə 9 tura 15 xal toplayaraq, ilk pillədə qərarlaşıb.

"Sumqayıt" tamamlanmamış 2019/2020 mövsümünü 4-cü sırada bitirməklə, tarixində ilk dəfə Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmışdı.

"Sumqayıt" Ayxan Abbasovun rəhbərliyi ilə Azərbaycan Kubokunda 9 oyun keçirib. Bu oyunların 6-sı 2018/19 mövsümünə, qalanı isə ötən mövsümə təsadüf edir.

2018/19 mövsümündə komanda bütün rəqiblərini adlayaraq, tarixində ilk dəfə Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanıb. Final qarşılaşmasında məğlub olan "kimyaçılar" yarımçıq dayandırılan 2019/2020 mövsümündə isə yarımfinala qədər irəliləməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti