Super Liqa klubu gənc futbolçumuzla bağlı qərarın verib? - Klub rəsmisi açıqladı

18 Noyabr 2020 22:40 Sumqayıt 872
Super Liqa klubu gənc futbolçumuzla bağlı qərarın verib? - Klub rəsmisi açıqladı

"Rüfət bir həftəyə yaxındır İstanbuldadır.

"Fatih Karagümrük"a həm təcrübə keçmək, həm də baxışdan keçmək üçün yollanıb".

Bu sözləri Sportinfo az-a "Sumqayıt"ın gənc futbolçusu Rüfət Abdullazadənin Super Liqa təmsilçisinə gedişi ilə bağlı danışan klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

O, 20 yaşlı hücumçu ilə bağlı hazırkı vəziyyəti ilə bağlı bunları dedi: "Menecerlər tərəfindən oyununa baxılıb və ora dəvət olunub. Hələki bir xəbər yoxdur. Oradadı, biz də gözləmə mövqeyindəyik".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!