Premyer Liqa klubunun legionerləri də Fonda ianə köçürdü

18 Noyabr 2020 09:40 Sumqayıt 546
Premyer Liqa klubunun legionerləri də Fonda ianə köçürdü

«Sumqayıt»ın rəhbər və işçi heyətinin Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi barədə dünən oxucularımıza məlumat vermişdik.

Bildirmişdik ki, «kimyaçılar» oktyabrın maaş fondunun bir qismini dəstək məqsədilə orduya göndərib.

Demə, əsas komandanın üzvləri də bu xoşməramlı aksiyada iştirak edib. İstər məşqçilər, istərsə də futbolçular ötən ayın əməkhaqqısının 10 faizini Yardım Fonduna köçürüb.

Sevindirici haldır ki, əcnəbi oyunçular da kampaniyadan kənar qalmayıb. Onlar da ordumuzla həmrəylik nümayiş etdiriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti