“Atam Qarabağda xidmət edib, mənə "geri dön" demədi"

15 Noyabr 2020 14:00 Sumqayıt 772
“Atam Qarabağda xidmət edib, mənə "geri dön" demədi"

“Uşaqlar hərbi əməliyyatların başladığını və ertəsi gün ölkədə hərbi vəziyyət tətbiq olunduğunu yazanda evdə oturmuşdum“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın legioneri Cəmaləddin Xocaniyazova aiddir.

Ötən mövsümdən ölkəmizdə çıxış edən Rusiyanın gənclər millisinin sabiq müdafiəçisi Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı geri qaytarmasına da münasibət bildirib.

O, müharibə günlərində belə, ölkədə hər şeyin qaydasında getdiyini söyləyib: “Sumqayıtda və Bakıda yaşayan bir çox insan bura illər əvvəl gələn qaçqınlardır.

Müharibə dövründə mağazalarda çaxnaşma və ya çılğın növbə olmurdu, kifayət qədər məhsul var.

Prinsipcə, hər şey əvvəlki kimidir. Mənim də Rusiyaya qayıtmaq kimi fikrim olmayıb.

Atam düz otuz il əvvəl hələ Sovet İttifaqında olarkən Dağlıq Qarabağda xidmət edib. Ancaq onunla "geri dön" üslubunda söhbətimiz olmadı.

Mən öz işimi icra edirəm. Futbol elə bir sahədir ki, insanları baş verən hadisələrdən yayındırır, biz də öz işimizi görməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"