”Bir ara Bakıda yaşadım, sonra tənbəlləşdim, indi məşqə piyada gedirəm”

14 Noyabr 2020 19:00 Sumqayıt 929
”Bir ara Bakıda yaşadım, sonra tənbəlləşdim, indi məşqə piyada gedirəm”

“Artıq bir ildir Azərbaycandayam. Burada hər şeyi - münasibəti, şərtləri sevirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın müdafiəçisi Camaləddin Xocaniyazov Rusiya mətbuatına açıqlamasında deyib.

24 yaşlı mərkəz müdafiəçisi ötən il Belarusdan ayrılaraq ölkəmizə yollanmasının səbəbini açıqlayıb: “BATE-dəki uğursuz dönəmdən sonra bura gəldim.

Yerli funksionerlərdən biri zəng edərək “Sumqayıt” variantını təklif etdi. Sumqayıt Bakıdan 35 km məsafədə yerləşir.

Bəzi uşaqlar burada yaşayır, amma oyunçuların çoxu Bakıda qalır, məşqlərə maşınla gedirlər. Özüm də bir müddət Bakıda yaşadım, amma sonra hər gün oradan məşqə getməyə tənbəlləşdim. İndi məşqə piyada gedirəm”.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!