Premyer Liqada daha bir baş məşqçi ayrılığı olacaq?

11 Noyabr 2020 16:00 Sumqayıt 1 155
Premyer Liqada daha bir baş məşqçi ayrılığı olacaq?

2018-ci ilin payızından «Sumqayıt»da işə başlayan Ayxan Abbasov hızırkı iş yerini tərk edə bilər.

Sportinfo.az-a bu barədə məlumat klubdan daxil olub.

Redaksiyamıza verilən xəbərə görə, gənc mütəxəssisin buradan ayrılmaq variantı 3 gün öncə gündəmə gəlib.

Güman ki, ona başqa və yetərincə ciddi təkliflər var. Düzdür, «kimyaçılar» onunla vidalaşmağı arzulamır və qalmasını arzu edir. Hər halda bu da anlaşılandır.

O, 2017-ci ilin yazında klubun prezidenti postuna gətirilən Riad Rəfiyevin ən düzgün seçimlərindən biridir.

Samir Abasovla işə başlayan, Nazim Süleymanovla yoluna davam edən Rəfiyevin üzünü ağardan yeganə məşqçi məhz Abbasovur. Komanda adıçəkilən mütəxəssisin rəhbərliyi altında tarixinin 2 böyük uğuruna imza atıb: əvvəldə ölkə kubokunun finalına çıxıb, ardınca avrokuboklara vəsiqə qazanıb.

Odur ki, Rəfiyev Abbasovun düşərgəni tərk etməməsi üçün hər şeyə hazırdır. Fəqət, bu da bəlli bir çərçivədə mümkündür. Klubun imkanları məhduddur, Rəfiyevin əli çox şeyə çatmır.

Neçə vaxtdır maliyyə çatışmazlığı kollektivə problemlər yaradır. O, bu əngəlləri aşmaq üçün demək olar heç nə etmir, yaxud edə bilmir.

Sözsüz, mövcud maneələr yorucudur və Abbasovu da boğaza yığıb. «Azərikimya»nın büdcəni kəsməsi, maaşların gecikməsi, hətta rəqəmləri çox kiçik olan mükafat fondunun vaxtında paylanmaması daxildə narazılıq təlatümü yaradır.

Digər Xəbərlər
Xəbər Lenti