"Qoy, Dağlıq Qarabağın klubları Premyer Liqada iştirak etsin"

10 Noyabr 2020 16:00 Sumqayıt 966
"Qoy, Dağlıq Qarabağın klubları Premyer Liqada iştirak etsin"

"Qələbədən danışırıqsa, əlbəttə, olar!"

Bu sözləri "Sumqayıt"ın prezidenti Riad Rəfiyev Sportinfo.az-a deyib.

Klub rəsmisi sözlərinin davamında böyük qələbə münasibəti ilə hər kəsi təbrik edib: "Təbrik edirəm sizləri, sizin saytınızı və bütün Azərbaycan xalqını.

Eşq olsun, Azərbaycan ordusuna. Eşq olsun, Azərbaycan əsgərinə. Eşq olsun, Ali Baş Komandana. Bu möhtəşəm qələbədi, möhtəşəm bir gündür. Qarabağ Azərbaycandır!

Şəhid olan əsgərlərimizin qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu çox böyük zəfərdir. Tarixlərə yazılacaq bir qələbədir".

Rəfiyev bir futbol klubunun prezidenti kimi Qarabağla bağlı arzularını isə belə dilə gətirib:

"Futbol adamı kimi ən böyük arzumuz əlbəttə, odur ki, futbol Qarabağa qayıtsın. Qarabağda Azərbaycan Premyer Liqasının oyunları keçirilsin.

Qoy, Premyer Liqamızda bu bölgənin klublarını görək.

Fərqi yoxdur, Şuşanın, Laçının, bir sözlə, o bölgənin bütün klubları Premyer Liqamızda iştirak etsinlər. Məncə, bundan gözəl heç bir şey ola bilməz. "Qarabağ"la Qarabağda oynamağa hazırıq".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!