Premyer Liqa klubunun əcnəbi funksioneri aradan çıxdı

6 Noyabr 2020 20:40 Sumqayıt 524
Premyer Liqa klubunun əcnəbi funksioneri aradan çıxdı

«Sumqayıt»ın baş koordinatoru Hakan Sünal Azərbaycanı qəfil tərk edib.

Koronavirus pandemiyasının ikinci dalğasının geniş yayılmasından və AFFA-nın aşağı yaş qruplarıı üzrə liqalarda yeni mövsümün startını təxirə salmasını fürsət bilən funksioner gözlənilmədən aradan çıxıb.

Akademiyanın bir nömrəli məsul şəxsi Almaniyaya yollanıb və nə vaxt qayıdacağı hələ məlum deyil. Ola bilsin, heç qayıtmasın. Hər halda onun 2 illik müqaviləsinin başa çatmasına cəmi bir neçə ay qalıb.

Keçmiş menecer «Sumqayıt»dan hər ay 7000 manat maaş alır. O, özünü Bağdaddakı kor xəlifə kimi aparır, klub rəsmilərini saymır.

Belə demək mümkünsə, Hakan Sünalın yanında Riad Rəfiyevin dili qısadır.

«Sumqayıt»ın prezident ionu Almaniyadan bura dəvət edəndə, söz vermişdi ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən «Pro» kateqoriyalı kurslarda iştirakını təmin edəcək, hətta lisenziya almasına köməklik göstərəcək.

Aradan bəlli bir müddət keçsə də, Rəfiyev vədini yerinə yetirməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"