Premyer Liqamızda da ulduz futbolçular var?

6 Noyabr 2020 16:20 Sumqayıt 957
Premyer Liqamızda da ulduz futbolçular var?

"Azərbaycanda oynamış bir çox futbolçu daha əvvəl Avropanın nüfuzlu liqalarında çıxış edib".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın iranlı legioneri Adəm Həmatiyə məxsusdur.

Bu mövsümdən ölkəmizdə özünü sınamağa başlayan müdafiəçi Premyer Liqada ulduz futbolçuların oynadığını bildirib: "Ötən il qanalı yarımmüdafiəçi Maykl Essyen burada oynayıb.

Həmçinin "Milan" və "Çelsi"nin sabiq qapıçısı Asmir Beqoviçi qeyd edərdim. Bu, liqanın səviyyəsinin yüksəlməsinə səbəb olub. Azərbaycan futbolu sürətlə inkişaf edir. Tezliklə Avropa standartlarına yaxınlaşacaq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə