Heç nə istəməyin, nə veririksə, ona da şükür edin!

2 Noyabr 2020 20:40 Sumqayıt 650
Heç nə istəməyin, nə veririksə, ona da şükür edin!

«Sumqayıt» Premyer Liqanın ilk 8 turunda 15 xal toplayıb.

«Gənclik şəhəri» təmsilçisi bu nəticə ilə turnir cədvəlinə liderlik edir və ən yaxın rəqibi olan «Neftçi»ni 1 xal qabaqlayır.

Aktivində 4 qələbə, 3 heç-heçə olan «kimyaçılar» yalnız ilk turuda məğlubiyyət acısı dadıb, o da «Keşlə»dən.

Heç şübhəsiz, bu, «Sumqayıt» adına böyük uğurdur. Səbəbkar isə indi Ayxan Abbasov və ona inanaraq, mübariz ruh nümayiş etdirən futbolçulardır.

«Sumqayıt» tarixinin ən yeni tarixi yazılarkən, təəssüf ki, klub rəhbərliyi kollektivə bir o qədər dəstək vermir. Mövcud imekanlar bəllidir, sadəcə, bəzi nüanslar var ki, birbaşa mənfi təsiredici qüvvəyə malikdir.

Məsələn, UEFA-dan gələn 240 min manatdan komandaya heç nə çatmaması. Riad Rəfiyev, deyəsən, uğurlardan «şişib» və belə demək mümkünsə, yenə «yerişini itirib».

Hər halda klub prezidentinin avrokuboklarda iştiraka görə ayrılan vəsaitin əhəmiyyətli hissəsini özünə xidməti maşın almağa ayırmsası düşərgədə birmənalı qarşılanmayıb və hiddət doğurub.

Narahatlıq doğuran digər bir amil qələbəyə görə təyin olunan mükafat fondunun hələ də artırılmasıdır. Burada standart məbləğ 500 manatdır.

Futbolçular bir neçə dəfə hu məbləği artırmaq, heç olmasa, 800 manat etmək xahişi ilə rəsmilərə müracəit etsə də, rədd cavabı alıblar. Onlara dlolayısı ilə izah olunub ki, bizdən əlavə heç nə istəməyin, nə veririksə, ona da şükür edin!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti