"Baş məşqçi dedi ki, burada çıxış etməliyəm"

2 Noyabr 2020 20:20 Sumqayıt 481
"Baş məşqçi dedi ki, burada çıxış etməliyəm"

"Bura gələnədək hücumameylli yarımmüdafiəçi kimi çıxış edirdim, həmçinin vinger kimi də oynamışam".

Sportinfo.az xəbər verir ki, bu açıqlamanı "Sumqayıt"ın legioneri Adəm Həmati verib.

Bu ilin yayında ölkəmizə gələn iranlı mövsümün geridə qalan hissəsində sərgilədiyi performansı dəyərləndirib. Hazırda sağ cinah müdafiəçisi kimi çıxış edən Həmati mövqe dəyişikliyinin oyununa mənfi təsir etmədiyini söyləyib:

"Baş məşqçi Ayxan Abbasov dedi ki, sağ cinah müdafiəçisi kimi çıxış etməliyəm. Sevindiricidir ki, yeni mövqeyimə tezliklə uyğunlaşa bildim. Ayxan Abbasov da oyunumdan razıdır".

Digər Xəbərlər
Xəbər Lenti