"Şadam ki, Ayxan Abbasov mənə inanır" - İranlı legioner

1 Noyabr 2020 13:40 Sumqayıt 599
"Şadam ki, Ayxan Abbasov mənə inanır" - İranlı legioner

"Məşqçilər korpusu ilə də münasibətlərim yaxşıdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın iranlı legioneri Adəm Hatəmi deyib.

Komanda yoldaşları ilə yaxşı münasibətdə olduğunu söyləyən yarımmüdafiəçi baş məşqçi Ayxan Abbasovun ona güvəndiyini vurğulayıb: "Şadam ki, baş məşqçi mənə inanır. Matçların əksəriyyətində meydana start heyətində çıxıram".

7 turdan sonra 14 xalla turnir cədvəlinin zirvəsində yer aldıqlarını xatırladan iranlı komandada yüksək ab-havanın hökm sürdüyünü bildirib. O, hazırkı uğuru davam etdirmək iqtidarında olduqlarını vurğulayıb.

Xəbər Lenti