"Sumqayıt"dan təklif gələndə Mehdi ilə məsələhətləşdim və..."

31 Oktyabr 2020 16:28 Sumqayıt 349
"Sumqayıt"dan təklif gələndə Mehdi ilə məsələhətləşdim və..."

"Mehdi Şərifi yaxın dostum və "Persepolis"dən keçmiş komanda yoldaşımdır.

O, Azərbaycan Premyer Liqasında çıxış edərkən ölkədəki vəziyyətdən razı idi. "Sumqayıt"dan təklif gələndə Mehdi ilə məsələhətləşdim və bu komandanı seçdim. Qərarımdan məmnunam".

Sportinfo.az xəbər verir ki, bunu cənubi azərbaycanlı futbolçu Adəm Həmati IRNA-ya müsahibəsində "Sumqayıt"a keçidi barədə danışarkən deyib.

Həmati "Sumqayıt"a 2019/2020 mövsümünün əvvəlində keçib. 25 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan futbolunun səviyyəsi onu yaxşı mənada təəccübləndirib:

"Keyfiyyət məni qane edir. Futbolun səviyyəsi yüksəkdir və komandaların infrastrukturu beynəlxalq standartlara uyğundur. Bura gəldiyim üçün həqiqətən sevinirəm

Digər Xəbərlər
Xəbər Lenti