Premyer Liqanın bombardiri "Neftçi"yə qol vurmayacaq

29 Oktyabr 2020 16:00 Sumqayıt 348
Premyer Liqanın bombardiri "Neftçi"yə qol vurmayacaq

Premyer Liqanın 8-ci turunda «Neftçi»ni qəbul edəcək «Sumqayıt» ciddi itki ilə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, Əli Qurbani əzəli rəqiblə matçda meydana çıxmayacaq.

İlk dövrədə vurduğu 6 qolla çempionatın bombardiri olan hücumçu ən azı 1 ay yaşıl meydan üzünə həsrət qalacaq.

«Sabah»la ötən tur keçirilən qarşılaşmada köhnə zədəsini yeniləyən və 90-cı dəqiqədə Kərəm Sultanovla əvəzlənən forvardın MRT nəticələri «kimyaçılar»ın qanını qaraldıb.

Müəyyənləşib ki, sağ ayaq nahiyəsindən aldığı xəsarət Qurbani minimum 4 həftə sonra yüngül məşqələrə başlaya biləcək.

Millimizin yeni üzvünün ilk dövrədə etdiyi dublla «Neftçi»nin 1:2 hesablı məğlubiyyətini rəsmiləşdirməsini xatırladaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!