“Sumqayıt”dan pis ayrılıb, qayıtması mümkün deyil

25 Oktyabr 2020 09:40 Sumqayıt 1 001
“Sumqayıt”dan pis ayrılıb, qayıtması mümkün deyil

Bilindiyi kimi, Azərbaycan millisində çıxış etmiş Əli Babayev komandasını dəyişməyə hazırlaşır.

30 yaşlı yarımmüdafiəçi Petah-Tikva “Makkabi”sindən ayrılmaq qərarına gəlib.

Buna səbəb “Sumqayıt”ın sabiq orta sahə oyunçusunun maaşının azaldılmasıdır. Rəhbərliyin bu qərarına qarşı çıxan yeganə futbolçu olan Babayevin tezliklə “Makkabi”dən ayrılması gözlənilir.

O, ötən il Litva ilə yoldaşlıq görüşündə yığmamızın formasını geyinib. Əlinin “Makkabi”dən “Sumqayıt“a dönəcəyi ilə bağlı son günlər sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, rəhbərlik bu qayıdışda maraqlı deyil. bir neçə səbəb üzündən.

Əvvəla, yarımmüdafiəçi buradan yaxşı ayrılmayıb, prezident Riad Rəfiyevə qarşı sayğısız davranıb. İkincisi, “kimyaçılar“ın Babayevə ilk vaxtlardakı ödəmələri etməyə maddi imkanı çatmır.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”