UEFA pul verdi, klub prezidenti özünə bahalı maşın aldı

24 Oktyabr 2020 10:52 Sumqayıt 1 044
UEFA pul verdi, klub prezidenti özünə bahalı maşın aldı

UEFA oktyabrda Avropa Liqası turnirinin seçmə mərhələsində çıxış edən klublar üçün tərəfindən ayrılmış müvafiq vəsaiti AFFA vasitəçiliyi ilə klubların hesabına köçürüb.

Bununla da “Neftçi”, “Keşlə” və “Sumqayıt” komandalarının hər birinə 240 min avro ödənilib.

“Kimyaçılar“ həmin vəsaitin maaşlarının artırılmasına sərf olunacağını gözləsə də, bu, baş verməyib. Klubun prezidenti Riad Rəfiyev həmin pulun əhəmiyyətli hissəsini özünə xidməti avtomobil almağa ayırıb.

2018-ci ildə “gənclik şəhəri“ təmsilçisinin başına keçən Riad bəy “Range Rover“dən istifadə edirdi. Görünür, şəxzsmi avtomobili Bakı – Sumqayıt yolunda “dağıtmaq“ onu bezdirib və indi “Passat“da gəzmək istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti