"Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıxov Premyer Liqada mövsümün 50-ci qoluna imza atıb.
Sportinfo.az xəbər verir ki, o, "Zirə” ilə ev matçında fərqlənib.
Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.
Mövsümün ilk qolunu avqustun 21-də “Sumqayıt”la səfər oyununda “Keşlə”nin müdafiəçisi Azər Salahlı vurub.

