"Sumqayıt" heç vaxt yatıb yuxusunda da görməzdi ki…

19 Oktyabr 2020 14:36 Sumqayıt 1 356
"Sumqayıt" heç vaxt yatıb yuxusunda da görməzdi ki…

Azərbaycan Premyer Liqasının lideri “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.

Sportinfo.az-ın PFL-in saytına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/2012 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur.

Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamayıb. “Sumqayıt” bunadək startdakı 6 turda 2018/2019 mövsümündə 10, 2014/2015 mövsümündə 9 xal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM