Millimizin futbolçusu pula görə... Yeni klubundan ayrılır

19 Oktyabr 2020 11:48 Sumqayıt 794
Millimizin futbolçusu pula görə... Yeni klubundan ayrılır

"Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi "Makkabi"dən (Petah-Tikva) ayrılmağa hazırlaşır.

Sportinfo.az" "One" nəşrinə istinadən xəbər verir ki, səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır.

Klubu Babayevin maaşını azaltmaq istəsə də, təcrübəli oyunçu bundan imtina edib. Nəticədə tərəflər arasında münasibətdə soyuqluq yaranıb.

Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"