Azərbaycanın iki klubu arasında TRİLLER - FOTOLAR

19 Oktyabr 2020 10:10 Sumqayıt 446
Azərbaycanın iki klubu arasında TRİLLER - FOTOLAR

Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt" "Zirə"ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Komandalar meydana Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktının qurbanlarına mənəvi dəstək olaraq, meydana həmin şəhərin təmsilçisi "Kəpəz"in formaları ilə çıxıblar. Tribunalarda Azərbaycan bayraqları dalğalanıb. Oyun isə dövlət himninin səsləndirilməsi ilə başlayıb.

"Sumqayıt" hesabı 30-cu dəqiqədə açıb. Rəhim Sadıxov penaltini dəqiq yerinə yetirib. Bundan 2 dəqiqə əvvəl isə onun komanda yoldaşı Əli Qurbani analoji imkandan yararlana bilməyib.

"Zirə" 35-ci dəqiqədə bərabərlik qolunu vurub. Ötən tur "Neftçi" ilə matçda olduğu kimi yenə Davit Volkov fərqlənib.

59-cu dəqiqədə isə "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov uzaq məsafədən baxımlı qolla yekun nəticəni müəyyənləşdirib. 90+4-cü dəqiqədə Kərim Diniyev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq, "Zirə"ni azlıqda qoyub.

Bu qələbədən sonra xalını 11-ə çatdıran "Sumqayıt" vahid liderə çevrilib. 10 xala malik "Zirə" isə 2-ci pilləyə enib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı