"Sumqayıt"da 1,5 saat - FOTOREPORTAJ

16 Oktyabr 2020 10:24 Sumqayıt 590
"Sumqayıt"da 1,5 saat - FOTOREPORTAJ

Premyer Liqanın 6-cı turunda "Zirə"ni qəbul edəcək "Sumqayıt" hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib.

Millilərin düşərgəsində olan futbolçular artıq kollektivə qoşulub.

1,5 saat davam edən məşqdə əvvəlcə fiziki gücün artırılması üzrə hərəkətlər, daha sonra isə müxtəlif toplu çalışmalar yerinə yetirilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

"Sumqayıt" - "Zirə" qarşılaşması 18 oktyabr, saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Xəbər Lenti