“Sumqayıt”da yeni layihə

13 Oktyabr 2020 17:56 Sumqayıt 637
“Sumqayıt”da yeni layihə

2020/2021 futbol mövsümündən etibarən "Sumqayıt” Futbol Akademiyasında yeni layihəyə start verilib.

Sportinfo.az xəbər verir ki, akademiyada daha 2 yaş qrupu 4-5 və 6-7 yaşlı uşaqlar üçün xüsusi qruplar yaradılıb.

Bu kollektivlərin yaradılmasında əsas məqsəd gələcəyin futbolçularının topla kiçik yaşdan təması, onların artıq liqalarda çıxış dönəminə hazır futbolçu olaraq gəlməsidir.

30-a yaxın azyaşlı futbolçunun yer aldığı qruplara Ruhin Əliyev nəzarət edir. Bu yaş qruplarında məşqlər həftədə iki dəfə olmaqla "Kapital Bank Arena”nın süni örtüklü meydançalarında keçirilir.

"Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal azyaşlı qruplarının yaradılması ilə bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb:

"Bu gün Azərbaycan futbolunda "özülün də özülü” deyə biləcəyimiz 4-8 arası yaş qruplarının fəaliyyəti demək olar ki, yox səviyyəsindədir. Amma Avropada bu sistem mövcuddur.

Misal olaraq deyə bilərik ki, Belçikada uşaq futbolu 4 yaşından başlayır.

Müxtəlif dönəmlərdə 2x2, 3x3 və digər saylarda oyunlar keçirən balacalar artıq 9-10 yaşına çatan zaman 7x7 formatı üçün hazır vəziyyətdə olurlar. 4-5 yaşlarında futbola ilk addımlarını atan uşaqlar artıq 10 yaşında müəyyən futbol biliklərinə sahib olur ki, bu da onların inkişaf mərhələsində yüksək surətlə irəliləməsinə səbəb olur.

Müəyyən zamandan sonra bu layihənin nə qədər uğurlu olacağını görəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti