Bütün Azərbaycanın haqqında danışdığı qapıçının 1500-lük gün-güzəranı

12 Oktyabr 2020 10:52 Sumqayıt 954
Bütün Azərbaycanın haqqında danışdığı qapıçının 1500-lük gün-güzəranı

«Sumqayıt»ın qapıçısı Aydın Bayramova cəmi 315 dəqiqə kifayət etdi ki, Canni De Byazi onu milliyə çağırsın.

«Neftçi» ilə matçın ilk hissəsinin sonunda zədələnən Mehdi Cənnətlovu əvəzləyən 23 yaşlı qapıçı Premyer Liqanın növbəti 3 turunda da «çərçivə» önünə keçdi.

«Səbail», «Qarabağ» və «Qəbələ» ilə görüşlərdə qapısında üst-üstə 4 qol görsə də, ümumən əla performansı italyan mütəxəssisin diqqətindən yayınmadı.

İnamlı çıxışıyla birdən-birə parlayan Bayramov ölkənin bir nömrəli komandasına dəvət alandan sonra növbəti dəfə gündəmə gəldi.

UEFA Millətlər Liqasının Monteneqro və Kiprlə oyunları üçün açıqlanan heyətdə yer alan Aydın, demə, «Sumqayıt»ın ən az ödənişli futbolçularından biri imiş. «Kimyaçılar» yayda «Sabah»dan gələn qapıçıya 1500 manat ödəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti