"Sumqayıt" niyə öz "ev"indən qaçqın düşüb?

11 Oktyabr 2020 09:40 Sumqayıt 750
"Sumqayıt" niyə öz "ev"indən qaçqın düşüb?

«Sumqayıt»ın Premyer Liqada işləri qaydasında getsə də, təşkilati işlər sarıdan problemlərlə üzləşməkdə davam edir.

Şəhər stadionunun yardımçı meydançası sıradan çıxıb.

Təbii ot örtüyü böyük yük götürməsə də, yararsız hala düşüb. Hazırda burada texniki çalışmalar aparılır və yəqin ki, hələ bir müddət çəkəcək.

Komandanın doğma məkandan uzaq düşməsi və Bakı Olimpiya Stadionuna üz tutuması bununla əlaqədaprdır.

Halbuki «Sumqayıt» qazonlara qulluq üçün hər ay «Aqrosport»a 8000 manat vəsait ödəyir. Görünür ki, AFFA-ya bağlı şirkət ona tapşırılan işin öhdəsindən məsuliyyətlə gəlməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti