“Sumqayıt” BOS-da “Qəbələ”yə qalib gəldi

10 Oktyabr 2020 21:00 Sumqayıt 820
“Sumqayıt” BOS-da “Qəbələ”yə qalib gəldi

Azərbaycan Premyer Liqasında çıxış edən klubların iştirakı ilə növbəti yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” və “Sumqayıt” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə üz-üzə gəlib.

Çempionatın son turunda Qəbələdə qarşılaşan rəqiblər bu dəfə Bakı Olimpiya Stadionunun ehtiyat meydanına çıxıblar. Görüş sumqayıtlıların qələbəsi ilə başa çatıb. Ayxan Abbasovun yetirmələri Camaləddin Xocaniyazov və Cavid İmamverdiyevin qolları ilə 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM