Elxan Məmmədov Riad Rəfiyevi və mühafizəçisini…

9 Oktyabr 2020 16:00 Sumqayıt 1 428
Elxan Məmmədov Riad Rəfiyevi və mühafizəçisini…

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Riad Rəfiyevin növbəti xahişini yerinə yetirib.

Sportinfo.az-ın məlumatına görə, federasiya rəhbəri «Sumqayıt»ın prezidentini özüylə Monteneqroya aparıb.

Rəfiyev səfərə tək yollanmayıb. Federasiya onunla yanaşı, Elnur adlı mühafizəçisini də səfərə aparıb.

Millimiz sabah Podqoritsada yerli komandanın qonağı olacaq. Riad bəy yığmanın bundan öncəki Kipr qafiləsində yer almamasına görə AFFA-dan incimişdi.

O, Monteneqroya yollanan yeganə klub rəhbəri deyil. «Sabah»ın prezidenti Maksud Adıgözəlovla icraçı direktoru Ramin Həsənov da milli ilə bərabərdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM