“De Byazi onda bu potensialı görüb və yığmaya çağırıb“

7 Oktyabr 2020 14:08 Sumqayıt 813
“De Byazi onda bu potensialı görüb və yığmaya çağırıb“

“O, bizim üçün vacib futbrolçudur və son vaxtlar əla forma yığmışdı“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, ilk dəfə Azərbaycan millisinə çağırılan Əli Qurbaninin durumuna aydınlıq gətirib. Gənc mütəxəssis bildirib ki, 30 yaşlı hücumçu Millətlər Liqasında Monteneqro və Kiprlə oyunları buraxa bilər.

Həkim müayinəsindən sonra əzələsində birinci dərəcəli dartılma aşkarlanan Premyer Liqanın bombardiri bir neçə gün fərdi məşqlərlə kifayətlənməli olacaq.

Hazırda yığmanın düşərgəsində yer alan milliləşdirilmiş oyunçunun oktyabrın 10-da Monteneqro ilə səfər görüşünü buraxmaq ehtimalı yüksək qiymətləndirilir.

Hətta bundan 3 gün sonra Kiprlə keçiriləcək görüşdə də iştirakı sual altında olan Qurbani ilə bağlı qərar millinin həkiminin aparacağı müayinədən sonra veriləcək.

Premyer Liqada 5 qolla bombardirlər yarışına başçılıq edən Əli Qurbani V turda “Qəbələ” ilə oyunun (1:1) 26-cı dəqiqəsində fərqlənmiş, 12 dəqiqə sonra isə zədə səbəbindən əvəzlənmişdi.

“Onun vəziyyəti daim diqqət mərkəzimizdədir. Ümid edirəm ki, tezliklə sağalacaq. “Zirə“ ilə qarşılaşmada meydançaya çıxacağına da inanıram. Əlinin milliyə faydası dəyə bilər. Canni De Byazi onda bu potensialı görüb və yığmaya çağırıb“.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"