Premyer Liqa klubunun baş məşqçisi "LAZIMDIR" dedi

5 Oktyabr 2020 14:08 Sumqayıt 894
Premyer Liqa klubunun baş məşqçisi "LAZIMDIR" dedi

“Belə oyunlar bizə gənc futbolçuları daha yaxından tanımaq üçün lazımdır“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın baş məşqçisi Ayxan Abbasov deyib.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Səbail” ilə “Sumqayıt” yoxlama oyunu keçirib.

“ASCO Arena”da keçirlən görüşdə “dənizçilər” 3:0-a sevinib. Aftandil Hacıyevin çalışdırdığı kollektivin heyətində Əfran İsmayılov, Bahadur Həziyev və Amil Yunanov fərqlənib.

A.Abbasovu dinləyək: “Bundan 1 gün öncə Qəbələdə çempionat oyununa çıxmışdıq. Orada meydana çıxmayan futbolçulara Bayılda şans verdim. Bir də əvəzəedici heyətdən və akademiyadan götürdüyümüz uşaqlar var ki, onları da yoxlamağı lazım bildim.

Üstünlüyü onlara verdim. Perspektivli cavanları sınamaq üçün bu cür oyunlar yaxşı fürsətdir. Özünüzə də bilirsiz ki, “Sumqayıt“ gənclərə ən çox şans yaradan klublardan biridir. Bu yolla davam edirik və mən inanıram ki, tezliklə daha bir neçə nəfəri üzə çıxara biləcəyik“.

Digər Xəbərlər
Xəbər Lenti