Qəbələnin dağlarında sülh havası - FOTOREPORTAJ

4 Oktyabr 2020 09:20 Sumqayıt 392
Qəbələnin dağlarında sülh havası - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub. 26-cı dəqiqədə çempionatın bombardiri Əli Qurbani qonaqları hesabda önə keçirib.

Bu, 30 yaşlı oyunçunun cari mövsümdə 5-ci qolu olub. Cənubi azərbaycanlı forvard 12 dəqiqə sonra isə zədələnərək meydanı tərk edib. Hissənin əsas vaxtının başa çatmasına 1 dəqiqə qalmış meydan sahibləri tarazlığı bərpa ediblər. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Beləliklə, xalını 8-ə çatdıran "Sumqayıt"dan fərqli, "Qəbələ" 4 xalla sonuncu pillədən azad olub və 7-ci sıraya yüksəlib.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!