"Biz bura 1 xal arxasınca gəlməmişdik" - Ayxan Abbasov

3 Oktyabr 2020 18:14 Sumqayıt 538
"Biz bura 1 xal arxasınca gəlməmişdik" - Ayxan Abbasov

"Bu günlərdə hər birimizin fikri cəbhədə, əsgərlərimizin yanındadır. Allahdan şəhidlərimizə rəhmət, igid oğullarımıza isə qələbə üçün güc, qüvvət diləyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qəbələ" ilə səfər oyunundan (1:1) sonra deyib.

"Oyuna gəldikdə qeyd edə bilərəm ki, qarşılaşmanın günorta saatlarına keçirilməsi iki tərəfə də fasilədən sonra çətinlik yaratdı. Hər iki komanda qalib gələ bilərdi.

Arzuolunmaz zədəylə üzləşdik. Bütün hallarda meydanda olmuş hər bir futbolçuma təşəkkür etdim. Biz bura 1 xal arxasınca gəlməmişdik.

Qalib gəlmək istəyirdik. Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik. Qalib gələ bilmədikdə, uduzmamağa cəhd etməli idik ki, buna da nail olduq" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti