Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edən "Sumqayıt" rəqibi ilə bərabərə qalıb - 2:2. Görüşdə bütün qollar ikinci hissədə vurulub.
52-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani "gənclik şəhəri" təmsilçisini hesabda önə çıxarıb. Bu, cənubi azərbaycanlı hücumçunun cari mövsümdə 4-cü qolu olub.
Cəmi 2 dəqiqə sonra Cəmaləddin Xocaniyazov 2-ci topu Ağdam klubunun qapısından keçirib. "Qarabağ" 59-cu dəqiqədə Kvabena Ovusunun qolu ilə hesab arasındakı fərqi minimuma endirib. 90+5-ci dəqiqədə isə qonaqlar bərabərlik qolunu vurublar. Filip Ozobiç matçda yekun nəticəni müəyyənləşidirib.
Bu heç-heçədən sonra "Sumqayıt" 7 xalla vahid lider olub. "Qarabağ" isə 5 xalla 4-cü sıraya yüksəlib.