"Azərikimya"nın "Sumqayıt"ın prezidenti postuna öz namizədi var?

24 Sentyabr 2020 14:36 Sumqayıt 882
"Azərikimya"nın "Sumqayıt"ın prezidenti postuna öz namizədi var?

«Azərikimya» baş sponsoru olduğu «Sumqayıt»ın rəhbərliyində dəyişiklik istəyir.

Sportinfo.az-ın məlumatına görə, şirkət Riad Rəfiyevin klubun prezidenti postundan ayrılmasına çalışır.

Belə olmasaydı, «kimyaçılar» maliyyə ilə bu qədər «imtahan»a çəkilməzdi. Artıq sentyabrın son günlərini yaşayırıq, «gənclik şəhəri»nin təmsilçisi hələ də ötən aylardan qalan maaş borcunun ala bilməyib.

Adətən, «Sumqayıt»da ödəmələr hər ayın 10-12-dən o yana qalmırdı. Artıq klubun futbolçularına 3, işçilərinə 4 ayın əməkhaqqısı borcu yığılıb qalıb.

Demək ki, komandanın tarixində ilk dəfə avrokuboklarda iştirakı, ardınca Premyer Liqanın yeni mövsümünə uğurlu başlaması «Azərikimya»nın marağında deyil və onların tükünü də tərpətməyib.

Rəfiyevə antipatiya antipatiya başqa nə cür göstərilə və hiss etdirə bilər ki? Nəticələr sabit və yaxşıdırsa, amma bunun qarşılığında maddi dəstək yoxdursa, baş sponsorun hərəkətinə digər bir ad vermək mümkün deyil.

Bunun bir adı var – Rəfiyevin postundan uzaqlaşdırılmasında maraqlı olmaq. Yəni, maliyyə sıxıntısı artdıqca, klubda vəziyyət və nəticələr pisləşsin, Riad bəyin kreslosu laxlasın.

Görünür, «Azərikimya» bu vəzifəyə öz pamizədini hazırlayıb və porsesi məqsədyönlü şəkildə özünün istədiyi məcraya yönəltmək fikrindədir.

Digər Xəbərlər
Xəbər Lenti