"Onları Azərbaycan futboluna qazandırmağa çalışacağıq"

23 Sentyabr 2020 13:54 Sumqayıt 665
"Onları Azərbaycan futboluna qazandırmağa çalışacağıq"

«Mövsüm yeni başlayıb və hələ komandaların gücünü dəqiq müəyyənləşdirmək mümkün deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

Premyer Liqada ilk 3 tur arxada qalıb, 6 xal toplayan «kimyaçılar» turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Gənc mütəxəssis medallar uğrunda mübarizə aparmağı konkret hədəf kimi qarşılalarına məqsəd qoymadıqlarını bildirib.

«İştah diş altındadır» prizmasından çıxış edən «Pro» kateqoriyalı çalışdırıcının əsas hədəflərinin gəncləri yetişdirmək olduğunu söyləyib: «Görürsüz ki, hər tur onlara şans veririk. Bundan sonra da belə olacaq.

Mən cavanlarda həvəs və istək görürüəm və fikrimcə, tədricən komandada rəqabət yaradırlar. Marafon uzundur və indidən demək olmaz ki, kim hansı yer tutacaq.

Biz sonadək mübarizə aparacağıq və hər il olduğu kimi, yenə bir neçə gənci Azərbaycan futboluna qazandırmağa çalışacağıq. Bu uşaqlara inanmaq və şans vermək lazımdır. «Sumqayıt» bir klub olaraq belə də edir».

Digər Xəbərlər
Xəbər Lenti