"Qarabağ"a gözəl qol vurdu, Juninyo da bəyəndi - VİDEO

10 Dekabr 2023 09:50 Sumqayıt 2 472
"Qarabağ"a gözəl qol vurdu, Juninyo da bəyəndi - VİDEO

«Sumqayıt» Premyer Liqanın 16-cı turunda «Qarabağ»ı qəbul etdi.

Samir Abasovun çalışdırdığı «kimyaçılar» qonaqlar tərəfindən darmadağına məruz qaldı.

«Köhlən atlılar» səfərdən 6:1 hesablı qələbəylə ayrıldı. «Gənclik şəhəri» təmsilçisinin yeganə qolunu Erk Sorqa vurdu.

Estoniyalı hücumçu 43-cü dəqiqədə Abdullah Zubirin yanlış ötürməsini gözəl zərbəylə tamamladı.

«Qarabağ»ın braziliyalı forvardı Juninyo da baxımlı qola biganə qalmadı. «Sambaçı» əl işarəsiylə Sorqanın vuruşunu bəyəndiyini göstərdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə