“Qarabağ”a görə 1,5 saat tər axıtdılar - FOTOREPORTAJ

23 Sentyabr 2020 09:14 Sumqayıt 1 378
“Qarabağ”a görə 1,5 saat tər axıtdılar - FOTOREPORTAJ

Premyer Liqanın 4-cü turunda evdə “Qarabağ”la qarşılaşacaq “Sumqayıt” oyunun hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”da məşqə çıxıb. Elvin Məmmədov və Mehdi Cənnətov fərdi hazırlıqla kifayətlənib.

Təxminən 1,5 saat davam edən məşqin əvvəlində fiziki gücün artırılması yönündə hərəkətlər icra edilib. Geridə qalan müddətdə isə müxtəlif toplu hərəkətlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

“Sumqayıt” – “Qarabağ” qarşılaşması 25 sentyabr, saat 19:00-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”