De Byazinin millidə görmək istədiyi yeni hücumçu

21 Sentyabr 2020 09:28 Sumqayıt 1 513
De Byazinin millidə görmək istədiyi yeni hücumçu

Premyer Liqanın ilk üç turunda 3 qqola imza atan Əli Qurbani millinin baş məşqçisi Canni De Byazinin diqqətini özünə cəlb edib.

Sportinfo.az-ın məlumatına görə, italyan çalıışdırıcı onun yığmaya cəlb olunmasına müsbət yanaşıb.

65 yaşlı mütəxəssis AFFA və «Sumqayıt» rəsmiləri ilə söhbətində cənubi azərbaycanlı hücumçuda potensial gördüyünü və milliyə fayda verə biləcəyini qeyd edib.

O, Qurbaninin qol duyumunu yüksək qiymətləndirməklə yanaşı, komandada rəqabəti artıracaq gücdə olduğunu söyləyib.

Son klubu İsfahan “Sepahan”ı olan Əli “Sumqayıt”la 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı forvard “Nassaji”nin yetirməsidir. 2010/11 mövsümündə adıçəkilən klubun əsas komandasının da formasını geyinib (18 oyun, 3 qol).

“Sepahan”la yanaşı (39 oyun, 4 qol), “Gahar” (23 oyun, 7 qol), “Şəhr Xodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak”da (Trnava) (9 oyun, 2 qol) da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"