Braziliya klubundan "Sumqayıt"a təklif gəldi – Deputat vasitəsilə

20 Sentyabr 2020 19:20 Sumqayıt 1 628
Braziliya klubundan "Sumqayıt"a təklif gəldi – Deputat vasitəsilə

Milli Məclisin deputatı Müşfiq Məmmədli "Sumqayıt" rəhbərliyi ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, "Kapital Arena"da açıq havada baş tutan görüşdə klubun prezidenti Riad Rəfiyev son illərdə görülən işlər, pandemiya şəraitindəki fəaliyyət haqda geniş məlumat verib.

Gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

M.Məmmədli klub prezidentinin nəzərinə Azərbaycan-Braziliya işçi qrupunun rəhbəri kimi Brazilya tərəfinin klubla münasibətlərin qurulması, ikitərəfli təkliflər planının hazırlanması yönündə istəklərinin olduğunu çatdırıb.

Görüşdə şəhərimizin adını daşıyan komandanın ilk dəfə olaraq Avroliqada təmsil olunmasının mühüm uğur olduğu vurğulanıb.

Millət vəkili gələcəkdə daha böyük nailiyyət əldə edilməsi üçün dəstəyini əsirgəməyəcəyini də ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti