Abbasovun kəlməsi 4000 manatdır – "Sumqayıt"dan transfer

17 Sentyabr 2020 09:28 Sumqayıt 1 750
Abbasovun kəlməsi 4000 manatdır – "Sumqayıt"dan transfer

«Sumqayıt» növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az-ın məlumatına görə, «kimyaçılar» Cavid İmamverdiyevlə münasibətlərini rəsmiləşdirib.

İki illik fasilədən sonra keçmiş klubuna dönən yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Bu yay «Sabah»dan ayrılan və cari sezona «Keşlə»də başlayan «Neftçi»nin yetirməsi Premyer Liqanın bürünc medalçısı ilə birdəfəlik üzlüşüb.

Tərlan Əhmədovun istəyi ilə bura gələn, lakin Yunis Hüseynovun sükan arxasına keçməsindən sonra əsas heyətdə yer almayacağını görən İmamverdiyev aylıq 8000 manatdan imtina edib.

O, davamlı olaraq oyun praktikası qazanacağına zəmanət alandan sonra «Keşlə»dən iki dəfə aşağı məbləğə «Sumqayıt»a dönüb.

Digər Xəbərlər
Xəbər Lenti