Azərbaycpan futbolunda MARAQLI HADİSƏ: "Canını yeyim, dur" - VİDEO

16 Sentyabr 2020 20:20 Sumqayıt 1 588
Azərbaycpan futbolunda MARAQLI HADİSƏ: "Canını yeyim, dur" - VİDEO

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov 3 həftə müddətinə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, tibbi müayinə zamanı onda əzələ dartılması aşkarlanıb.

Dağıstanlı kiper Premyer Liqanın II turunun "Neftçi" ilə səfər oyununda (2:0) zədələnib. O, birinci hissənin sonunda əvəzlənib və onun yerinə meydana Aydın Bayramov daxil olub.

Həmin anda maraqlı hadisə baş verib. Matçın baş hakimi Rəvan Həmzəzadə Mehdi Cənnətova yaxınlaşaraq, şirin Şəki ləhcəsi ilə «canını yeyim, dur» söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti