Baş sponsor göz görə-görə "Sumqayıt"ı "batırır"

16 Sentyabr 2020 16:56 Sumqayıt 1 508
Baş sponsor göz görə-görə "Sumqayıt"ı "batırır"

«Sumqayıt»ın maliyyə vəziyyəti daha da pisləşib.

Sportinfo.az-ın məlumatına görə, «Azərikimya» klub qarşısında götürdüyü öhdəliyi növbəti dəfə yerinə yetirməyib.

Futbolçular 2, məşqçi və texniki personal 3 ayın maaşını hələ də almayıb. Baş sponsor maliyyə təminatında yaranan problemin səbəblərini «kimyaçılar»a açıqlamaqdan imtina edib.

«Gənclik şəhəri» təmsilçisi belə vəziyyətdə məsələni, güman ki, AFFA-dan aldığı maliyyə yardımının hesabına həll edəcək. Federasiyanın İcraiyyə Komitəsinin qərarı ilə kluba ayırdığı maddi dəstək paketinin ümumi həcmi 300 min manatdır.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM