"Neftçi"nin qənimi "100"ü vurdu, "30-lar"ı cütləşdirdi

14 Sentyabr 2020 14:36 Sumqayıt 654
"Neftçi"nin qənimi "100"ü vurdu, "30-lar"ı cütləşdirdi

Azərbaycan Premyer Liqasının II turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün yubileylə əlamətdar olub.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, gənc mütəxəssis karyerasında 100-cü oyununu keçirib.

O, yubiley matçında “Neftçi” üzərində 2:0 hesablı səfər qələbəsinə sevinib. Baş məşqçi kimi iki klubda - “Zirə” və “Sumqayıt”da çalışan Abbasovun debütü 2017-ci il yanvarın 29-na təsadüf edib.

Həmin gün Abbasov ilk matçında “Zirə”nin AZAL üzərində ev qələbəsinə şahid olub – 2:1. Ümumilikdə, 100 qarşılaşmada 38 qələbə görən mütəxəssis 27 heç-heçə və 35 məğlubiyyətdə iştirak edib.

100 oyundan 5-i Avropa Liqası, 12-si Azərbaycan kuboku, 83-ü Azərbaycan Premyer Liqasına təsadüf edib. “Neftçi” ilə görüş həm də Premyer Liqada 30-cu qələbə olub.

Abbasov 18 dəfə “Zirə”, 12 dəfə “Sumqayıt”ın baş məşqçisi kimi 3 xal qazanılmasında pay sahibi olub. Onun Premyer Liqadakı digər qarşılaşmalarında komandaları 23 heç-heçə edib və 30 dəfə uduzub.

Xəbər Lenti