“Sumqayıt”ın gözü yoldan yığışdı, istədiyi şəxs gəldi

13 Sentyabr 2020 17:20 Sumqayıt 1 301
“Sumqayıt”ın gözü yoldan yığışdı, istədiyi şəxs gəldi

“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal Almaniyadan Azərbaycana qayıda bilib.

Sportinfo.az xəbər verir ki, türkiyəli funksioner hazırda AFFA-nın aşağı yaş qrupu üzrə komandalarla bağlı videoiclasında iştirak edir.

Sünal ötən ilin aprelindən “Sumqayıt” Akademiyasının rəhbəridir. Onunla iki illik müqavilə bağlanılıb. Frankfurt “Ayntraxt“ının sabiq seleksioneri sənədlərində problem yarandığından, Azərbaycana vaxtında dönə bilməyib.

Sünal Frankfurt hava limanından geri qaytarılıb. Klubun aşağı yaş qrupları komandalarının yeni mövsüm üçün planlarının müyyənləşməməsi bu yubanma ilə əlaqədardır.

Digər Xəbərlər
Xəbər Lenti