Riad Rəfiyev "Neftçi" üzərində qələbədən məst oldu və…

13 Sentyabr 2020 09:40 Sumqayıt 986
Riad Rəfiyev "Neftçi" üzərində qələbədən məst oldu və…

«Sumqayıt» Premyer Liqanın II həftəsinin ən gözlənilməz nəticəsinə imza atdı.

Ayxan Abbasovun çalışdırdığı komanda Bakıda «Neftçi»yə 2:0 hesabıyla qalib gəldi.

Qonaqlar Əli Qurbaninin dublu sayəsində «ağ-qaralar»ı bunu reallaşdırdı. Gözəl oyunla gələn qələbə klubun prezidenti Riad Rəfiyevi dünyanın ən xoşbəxti edib.

O, baş məşqçinin bir sözüylə mükafat fondunu artırıb. Nə az, nə çox, düz 3 dəfə. Normalda hər futbolçuya düşən məbləğ 500 manatdır.

Bu dəfə isə əsas heyət üzvləri 1500 manat alacaq. Təbii ki, dəyər. Hər halda sumqayıtlılar əzəli və əbədi rəqibinə parlaq futbol dərsi keçdilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"