Millimizin qapıçısının durumu - PİSDİR, yoxsa YAXŞI?

12 Sentyabr 2020 18:06 Sumqayıt 1 241
Millimizin qapıçısının durumu - PİSDİR, yoxsa YAXŞI?

Premyer Liqanın II turunda "Neftçi" ilə matçda xəsarət alan "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun zədəsi elə də ciddi deyil.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiper paytaxt təmsilçisi ilə görüşdə əzələsini dartıb.

Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu sentyabrın 13-də tibbi müayinədən keçəcək.

"Sumqayıt" səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. Mehdi Cənnətov birinci hissənin sonunda əvəzlənib və onun yerinə meydana Aydın Bayramov daxil olub.

Xəbər Lenti