Portuqaliya klubunun yarımmüdafiəçisi “Sumqayıt“da

8 Sentyabr 2020 14:22 Sumqayıt 1 202
Portuqaliya klubunun yarımmüdafiəçisi “Sumqayıt“da

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmasilçisi Hüseyn Cəfərovu heyətinə qatıb.

Ötən mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş 19 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, “Sumqayıt”da “15” nömrəli formada çıxış edəcək.

"Sumqayıt” yay fasiləsində Tellur Mütəllimov, Elvin Məmmədov, Kərəm Sultanov, Eltun Turabov, Əli Qurbani və Adəm Həmatini heyətinə qatıb.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!