Premyer Liqa klubu 10 futbolçunun pulunu verməkdən imtina etdi

7 Sentyabr 2020 10:52 Sumqayıt 1 139
Premyer Liqa klubu 10 futbolçunun pulunu verməkdən imtina etdi

"Sumqayıt" bu yay müqaviləsi başa çatan və düşərgədə qalmayan futbolçulara ödəniş etməyəcək.

Sportinfo.az-ın məlumatına görə, bu qərar klub rəhbərliyinə məxsusdur.

"Kimyaçılar" sözləşmə təklifini geri çevirən oyunçulara olan maaş borcunu (fevral və mart) qaytarmaqdan boyun qaçırb.

Onların siyahısına 10 nəfər daxildir: Şəhriyar Əliyev ("Keşlə"), Aleksey İsayev ("Sabah"), Peyman Babayi ("Maşinsazi", İran: icarə müddəti başa çatıb), Sərtan Taşkın ("Zirə"), Elvin Cəfərquliyev ("Qarabağ": icarə müddəti başa çatıb), Əmir Ağayev ("Atromitos", Yunanıstan), Mehdi Şərifi, Amil Yunanov, İlqar Qurbanov, Rail Məlikov ("Keşlə").

Digər Xəbərlər
Xəbər Lenti