"Sumqayıt" özünü göndərdi, pulunu yox

6 Sentyabr 2020 11:40 Sumqayıt 1 177
"Sumqayıt" özünü göndərdi, pulunu yox

«Sumqayıt»la yolları ayrılan Amil Yunanov kluba müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, hücumçu ona olan borcunun ödənilməsini istəyib.

«Kimyaçılar» yığmanın keçmiş üzvünə fevral və mart aylarının maaşını tam verməyib. Gəl ki, Yunanov «gənclik şəhəri» təmsilçisindən gözlədiyi cavabı ala bilməyib.

«Sumqayıt»lı rəsmilər büdcədə vəsait çatışmazlığının olduğunu bildirərək, ötən mövsümdən qalan borcdan əlini üzməsini ona eşitdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!