Abbasov: "Məni qane etdi"

5 Sentyabr 2020 22:10 Sumqayıt 722
Abbasov: "Məni qane etdi"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"a 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununu şərh edib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilənin onlar üçün çox faydalı olduğunu deyib:

"Komandaya yeni qoşulanlar və formada olmayan futbolçularımız var idi. Ağır məşqlərdən sonra uşaqların meydandakı əzmkarlığı, çalışqanlığı məni qane etdi.

Bu gün bizim bəzi oyunçularımız da milli komandaların heyətindədir. Fürsətdən istifadə edərək, gənc futbolçuların hazırlıq səviyyəsini də yoxladıq. Ümidvaram ki, turdan-tura daha da artıracağıq".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!